5 Fevral 2022 09:28
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa Bəyannaməsi türk dövlətlərinin bir olması üçün ideal örnəkdir. Düşünürəm ki, bu yöndə müəyyən addımlar atılıb. Xatırlayırsınızsa, Şuşa Bəyannaməsi imzalandıqdan dərhal sonra həm Qazaxıstan, həm də Qırğızıstanın xarici işlər nazirləri Azərbaycana gəlmişdilər. Bu səfərlərdə məqsəd bu bəyannamənin detallarını öyrənmək və öz ölkələrində müzakirə etməkdən ibarət idi. Qazaxıstandakı son arzuolunmaz olaylar bu prosesi bir qədər ləngitmiş olsa da, uzaq perspektivdə Şuşa Bəyannaməsi Mərkəzi Asiyanın bütün türk dövlətləri üçün bir örnək sənəd olacaq”.

Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Müttəfiqliyə dair Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyə parlamenti tərəfindən təsdiq edildi. Bundan sonra Türkiyə-Azərbaycan müttəfiqliyini daha da irəli aparmaq üçün əlavə hansı qərarlar verilə bilər?

- Bununla iki qardaş ölkə - Türkiyə və Azərbaycan arasındakı hərbi-siyasi müttəfiqlik münasibətləri hüquqi müstəviyə keçdi. Bu, qardaş ölkələrin hərbi təhlükəsizlik sistemlərini birləşdirmək anlamına gəlir. Təbii ki, bu iki ölkə üçün çox vacib və strateji addımdır. Bu sənəddə bir çox vacib məqamlar var ki, artıq bu bəyannamə öz hüquqi əsasını tapdıqdan sonra bu məqamların həyata keçirilməsi prosesinə başlanılacaq.

Əlbəttə, bu, sıradan hadisə deyil, hər iki ölkənin həyatına böyük təsir göstərəcək olaylardır. Düşünürəm ki, bu, Qarabağda Azərbaycanın tam suverenliyinin bərpa olunmasına da yardım edəcək. Atılacaq addımlar çoxdur. Hiss olunur ki, bu addımların atılmasına başlanılıb.

- Bəyannamənin parlamentlər tərəfindən ratifikasiyasından sonra yenidən Azərbaycanda Türkiyə hərbi bazasının açılması məsələsi gündəmə gəlib. Gələcək üçün belə bir plan nəzərdə tutula və həyata keçirilə bilərmi?

- Əlbəttə, mümkündür. Heç bir hüquqi baza Azərbaycanda qardaş Türkiyənin bazasının yerləşdirilməsini təkzib etmir. Yəni nə Türkiyənin NATO üzvü olması, nə də Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı bunu istisna edir... Bu, hüquqi cəhətdən mümkündür. Sadəcə düşünürəm ki, texniki prosedur qalıb. Çünki müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin parlamentlər tərəfindən ratifikasiya olunması artıq hər iki ölkənin təhlükəsizlik sisteminin bir olduğu anlamına gəlir. Bununla hər iki ölkədən birinə kənar müdaxilə olacağı təqdirdə, digər tərəfin ona öz qoşunu ilə hərbi yardım etməsi təmin edilir.

Buna görə də düşünürəm ki, hərbi baza hər iki ölkənin istəyinə bağlı məsələdir. Amma bu, elə də xüsusi strateji önəm daşımır. Çünki Şuşa Bəyannaməsi təsdiqləndikdən sonra qarşılıqlı hərbi yardım tamamilə əngəlsiz işə çevrilir.

- Türkiyə və Azərbaycanın bu qərarı türk birliyinin güclənməsinə stimul verə, digər türk ölkələri arasında da inteqrasiyanı gücləndirə bilərmi?

- Şuşa Bəyannaməsi türk dövlətlərinin bir olması üçün ideal örnəkdir. Düşünürəm ki, bu yöndə müəyyən addımlar atılıb. Xatırlayırsınızsa, Şuşa Bəyannaməsi imzalandıqdan dərhal sonra həm Qazaxıstan, həm də Qırğızıstanın xarici işlər nazirləri Azərbaycana gəlmişdilər. Bu səfərlərdə məqsəd bu bəyannamənin detallarını öyrənmək və öz ölkələrində müzakirə etməkdən ibarət idi.

Qazaxıstandakı son arzuolunmaz olaylar bu prosesi bir qədər ləngitmiş olsa da, uzaq perspektivdə Şuşa Bəyannaməsi Mərkəzi Asiyanın bütün türk dövlətləri üçün bir örnək sənəd olacaq. Əslində, bu sənədin təsdiqlənməsinin əsas istiqamətlərindən biri də, türk birliyinə aparan yolu türk dövlətlərinə göstərməkdən ibarətdir.

Qənaətimə görə, Mərkəzi Asiyanın türk ölkələri Türkiyənin 44 günlük savaşda Qarabağın azad olunmasındakı vazkeçilməz rolunu gördülər. Bu dövlətlər gördülər ki, onları təhlükələrdən Rusiyanın “təhlükəsizlik çətiri” yox, qardaş Türkiyənin təhlükəsizlik sistemi qoruya bilər. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin önəmi həm də budur.

- Gündəmin əsas mövzularından biri də Türkiyə və Ermənistan arasındakı normallaşma prosesidir. İki ölkə arasında təyyarə reyslərinin açılmasına adekvat olaraq, diplomatik təmasların sıxlaşdığı da diqqətdən yayınmır. Bəs bu proses hara qədər gedəcək və bu, Azərbaycana nə vəd edir?

- Əslində, bu, türk etnosunun və toplumunun həmişə sülh tərəfdarı olduğunu, bütün proseslərdə ədalətli yanaşma tərzini qoyduğunu göstərən bir məsələdir. Bunu bütün region dövlətləri və hegemon güclər anlamalı və bilməlidirlər. Fikir verin, 44 günlük müharibədən sonra regionda tamamilə fərqli reallıq və mühit yaranıb. Bu prosesdə diktə edən tərəf Azərbaycan və burada iştirak edən qardaş Türkiyə olmasına rəğmən, yenə də bölgədə “3+3” regional əməkdaşlıq formatı təşəbbüsü ilə çıxış edən bu iki türk dövləti oldu.

Yenə də Azərbaycan və Türkiyəyə düşmən olan ölkələri sülhə çağırdılar, onlara barışıq əllərini uzatdılar. Dünya praktikasına heç vaxt bunun örnəyi olmayıb və olmayacaq da. Bu, bir etnosun yaşam tərzindən, fəlsəfəsindən irəli gələn reallıqdır. Amma qarşı tərəf bunu dəyərləndirməlidir. Çünki xəyanətkar erməni toplumu və dövləti sülh çağırışlarına baxmayaraq, hələ də prosesi uzatmağa, zaman qazanmağa, Qarabağla bağlı ikili oynamağa üstünlük verir.

Fikir verin, kommunikasiyaların açılması müzakirə olunduğu vaxtda və bunun Ermənistanın xeyrinə olmasına baxmayaraq, Azərbaycan əleyhinə olan mövqelərindən geri çəkilmək istəmirlər. Ortada bir Laçın dəhlizi məsələsi var. Bilirsiniz ki, bu, yalnız Rusiya, Ermənistan və onun havadarlarının xeyrinə olan məsələdir. Buna görə də, Laçın dəhlizinin ordumuzun nəzarətinə verilməsi və ya bağlanılması Azərbaycan ictimaiyyətində ciddi müzakirə predmetidir.

Buna rəğmən Azərbaycan və Türkiyə Ermənistana və digər bölgə dövlətlərinə sülh əlini uzatmağa davam edir.

Türkiyə ilə münasibətlərin normallaşması, ticarət əlaqələrinin qurulması və perspektivdə diplomatik münasibətlərin bərpası Ermənistana Qərbə, dənizlərə çıxış imkanı vəd edir. Yəni Ermənistana yeni maliyyə imkanları qazanmaq və ya blokadadan çıxmaq fürsəti yaradır. Bir sözlə, bu proses daha çox Ermənistanın lehinədir, nəinki Türkiyə və Azərbaycanın.

Ona görə deyirəm ki, bu, Türkiyə və Azərbaycan tərəfindən Ermənistana edilmiş ciddi jestdir. Amma nəzərə almaq lazımdır ki, bunun qarşılığı olmasa, proses uzunmüddətli ola bilməz. Çünki qarşımızda hiyləgər və xəyanətkar erməni etnosu durur. Son bir əsrdə bu xəyanətkar etnosun etdiyi xəyanətləri görməyən qalmayıb. Həm ermənilərin, həm də onların havadarlarının xəyanətlərini bütün dünya bilməmiş deyil.

Düşünürəm ki, bütün bunları nəzərə alaraq, “sən məni sevməsən də, mən səni nə olur-olsun sevəcəyəm” prinsipindən çıxış etmək olmaz. Bu hiyləgər etnos ayağa dura bilsə, əmin olun ki, türk ölkələrinə ilk zərbələrini yenə də xəyanətkarlıqla vurmağa çalışacaq. Buna görə də, həmişə Ermənistana təzyiq imkanlarımızı saxlamalıyıq. Prosesi Ermənistan və onun havadarları yox, Azərbaycan və Türkiyə irəli aparmalıdır ki, qlobal güclər və region dövlətləri məhz Bakı və Ankaranın idarə etdiyi bu prosesin arxasınca getməli olsunlar.

Əslində, Şuşa Bəyannaməsinin parlamentlər tərəfindən təsdiqlənməsi ciddi geosiyasi hadisədir. Onun nəticələri davamlı prosesə çevrilməlidir. Çünki Ermənistan rəhbərliyi fürsət tapan kimi, başqa tonda danışmağa başlayacaq. Yəni sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılması kimi strateji məsələlərin həlli üçün tələsməyə ehtiyac yoxdur.

Atılacaq addımların ciddi qarşılığı alınmadan heç bir strateji qərar verməyə lüzum görmürəm. Əks təqdirdə, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi prosesi acı bağırsaq kimi uzanacaq. Ermənistan bundan istifadə edərək, ayaqda qalmaq üçün zaman qazanmağa çalışacaq. Bu da Azərbaycanın suveren hüquqlarının tam bərpa olunmasına əngəl yaradan yoldur.

Bu baxımdan, prosesi Azərbaycan yaratmalı və idarə etməlidir ki, nə Rusiya sülməramlıları, nə də erməni “polis”i özündə bizim ərazilərimizdə Azərbaycan maşınlarını yoxlamağa özündə cürət tapsın.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər