7 Fevral 2022 00:58
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) maye təbii qaz (LNG) tədarükünü genişləndirmək üçün Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

"ABŞ artıq Avropaya ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüsüdür və biz yaxın aylarda qaz tədarükümüzün təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığımızı gücləndirəcəyik. ABŞ-dan başqa biz Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə də LNG tədarükünü genişləndirmək üçün danışıqlar aparırıq", - deyə C.Borrell qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər