7 Fevral 2022 10:22
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi”.

Teleqraf.com xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Amaşov əlavə edib ki, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb:

“Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər