8 Fevral 2022 09:23
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində reallıqlar var və baş verənlər təsadüfi deyil. Putinlə görüşündən sonra Çin lideri elan edib ki, onlar dünyanın yeni düzəninin ABŞ tərəfindən formalaşmasına imkan verə bilməzlər. Cinpin elan edib ki, bunu biz etməliyik. Artıq Rusiya ilə Çin ABŞ və Qərbi Avropaya əl qoydular. Əvvəl dünya bir qütblü idi, indi üç qütblü olur. Bu prosesdə Rusiya və Çinin həm ərazisi, həm də əhalisi dünyanın üçdə biri qədərdir. Bu elə-belə məsələ deyil. Biz Şanxay Əməkdaşlıq Təşkilatını bura əlavə etsək, görərik ki, durum ciddidir. Bu o deməkdir ki, Çin və Rusiya siyasi demarş edir”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında Pekində baş tutan müzakirələri şərh edərkən bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden siyasi baxımdan zəifdir:

“Onun siyasi onurğası zəifdir, tez-tez fikrini dəyişir. Onu hakimiyyətə gətirənlər müharibə istəsələr də, Bayden bunu edə bilmir. Demokratlar hakimiyyətə gələndə müharibəyə üstünlük veriblər, Bayden müharibə etməyi də bacarmır. Bu il də ABŞ-da seçkidir və demokratlar uduzacaq”.

Politoloq qeyd edib ki, Rusiya və Çin təsadüfən ABŞ-ın üzərinə getmir:

“Fransa yerində sakit duracaq, çünki orada seçkilər var. Makron səsini çıxarmayacaq. Böyük Britaniya meydanda təkdir. Pekin və Moskva birlikdə çalışacaq ki, İngiltərəni zərərsizləşdirsin. Çünki anqlosaksların başında İngiltərə dayanır, Amerika sadəcə icraçıdır. Proseslərin ideya müəllifi İngiltərədir”.


Müəllif: Nemət

Oxşar xəbərlər