İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, səfir bu barədə "Twitter"də bildirib.
Görüşdə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan-İsrail arasındakı münasibətlər və ictimai diplomatiya müzakirə olunub.