9 Fevral 2022 13:08
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Moldova azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatı ilə bağlı əməkdaşlıq edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi birgə brifinqdə söyləyib.

“Bugünkü müzakirələr zamanı mina təhlükəsi məsələsi ətrafında fikir mübadiləsi apardıq. Cənab Popesku tərəfindən təşəbbüs irəli sürüldü. Bu məsələ ilə bağlı Azərbaycanı dəstəkləmək niyyəti bildirildi. Hesab edirik ki, ölkələrimizin aidiyyəti qurumları əlaqəyə girərək bu istiqamət üzrə çalışmağa başlayacaqlar”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər