İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollardır.
Teleqraf.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
O qeyd edib ki, bu, rəsmi rəqəmdir:
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. O cümlədən Azərbaycanın İrana ixracı 11 faizi artıb".
Seyid Abbas Musəvi, həmçinin bildirib ki, bu yaxınlarda iki ölkə arasında hökumətlərarası iqtisadi komissiyanın iclası olacaq:
"İclas Bakıda keçiriləcək. İki ölkə prezidentlərinin qarşılıqlı səfərləri də gündəmdədir. Münasib vaxt tapılan kimi bu səfərlər baş tutacaq".