10 Fevral 2022 12:06
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran təəssüf ki, dünyanın ən böyük narkotik qaçaqmalçılığı yolunun üzərində yerləşir. Bilirsiniz ki, ən böyük narkotik istehsalçısı Əfqanıstandır. Əfqanıstanda istehsal olunan narkotikin istehlakçıları isə Avropadadır. İran Əfqanıstandan Avropaya narkotik qaçaqmalçılığının ən yaxın yolu hesab olunur.

Teleqraf.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu bəlanın qarşısını almaq üçün çox ciddi tədbirlər görürük. İranın təhlükəsizlik sistemi və hərbiyyəsi bu istiqamətdə mübarizə zamanı mindən çox şəhid verib. İran həm ölkə daxilində, həm də qonşu ölkələrdə bu bəlanın yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Bu kartellər hər bir ölkədə böyük şəbəkəyə malikdirlər. Onların qarşısını almaq üçün polis və təhlükəsizlik orqanları əməkdaşlıq edirlər”, - deyə səfir vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər