Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Meksika münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumun tviter səhifəsində paylaşım edilib.
“Bu gün Azərbaycan və Meksika arasındakı diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Biz bu münasibətlə Meksika hökuməti və xalqına ən xoş diləklərimizi çatdırırıq. Biz ikitərəfli münasibətlərin dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik”, - tvitdə qeyd olunub.