15 Fevral 2022 11:36
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanı Milli Gün münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Serbiya Respublikasının Milli Günü münasibətilə Serbiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Biz Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik”, - tvitdə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər