18 Fevral 2022 17:18
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın bu davranışlarına baxmayın, Ukraynaya hücum olmayacaq. Sabah hətta Prezident Putin Belarusa gedir, orada ballistik və qanadlı raketlərlə nüvə sınağı təlimini izləyəcək. Bunların hamısı hibrid müharibənin ayrı-ayrı elementləridir. Psixoloji müharibə gedir. Kim axıra qədər dözəcəksə, o da qalib olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, Rusiyanın təlimlərindən bir müddət sonra NATO-nun böyük maşştablı təlimlərinin keçirilməsi gözləniləndir:

“Güc nümayişidir. Tərəflərin biri digərinin geri çəkilməsinə nail olmaq istəyir. Əslində Qərbin marağı tələb edir ki, Rusiya belə bir müharibəyə girsin. Çünki Rusiyanın iqtisadi vəziyyəti yaxşı deyil, üstəlik müqayisədə Qərbdən qat-qat zəifdir. ABŞ arzulayır ki, Rusiya müharibəyə girsin və bir qədər də zəifləsin ki, onu sıradan çıxarmaq daha asan olsun. Ona görə də Rusiya buna bəhanə versə, daha pis vəziyyətə düşəcək”.

Sərdar Cəlaloğlu qeyd edib ki, Rusiya nə qədər imperalist olsa da, öz mövcudluqları naminə buna getməyəcək:

“Sabah Putinin Belarusa səfəri, təlimləri izləməsi sadəcə güc nümayişidir. Müasir dövrdə bunun heç bir mənası yoxdur. Çünki müasir dövrdə Rusiya zəifdir. Nə olsun ki, nüvə silahı, atom bombası var.

Əslində burada Rusiya geri çəkilsə, nüfuzdan düşəcək, amma dövlət kimi davam edəcək. NATO və ABŞ geri çəkilsə, onlar da nüfuzdan düşəcək. Üstəlik bu zaman ruslar Şərqi Avropaya, keçmiş sovet məkanına iddialarını böyüdəcək. Mən əminəm ki, NATO geri çəkilməyəcək. Çünki bu da iflas olar. Bu halda Rusiya şirnikləşəcək. Polşaya, Rumıniyaya, Bolqarıstana problem yaradacaq. Əlbəttə geri çəkilən tərəf əlavə qurbanlar verməli olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər