Avstriya ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyini gözləyirik.
Teleqraf.com xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyi özünün tviterdəki səhifəsində Avstriya ilə diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olması ilə əlaqədar paylaşımında yer alıb.
“Bu gün Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Avstriya hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyini gözləyirik”, - paylaşımda deyilir.