22 Fevral 2022 18:10
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı xüsusi önəm kəsb edir. Tərəflər arasında konstruktiv dialoq mövcuddur. Əlaqələrin şaxələndirilmiş xarakteri bir çox sahələri əhatə edir. Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə müntəzəm dialoq aparır. Prezident Şarl Mişel Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfə verir. Aİ-nin Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xətti ayırması əlaqələrin müsbət inkişafının göstəricisi hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Aİ-nin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycana verəcəyi dəstək təqdir olunur: “Eyni zamanda Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqlar intensiv şəkildə aparılır. Bu mənada Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün bu yaxınlarda Azərbaycana səfər edən Aİ-nin iki komissarının Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair apardığı müzakirələr çox səmərəli olub”.

Millət vəkili hesab edir ki, prezident Şarl Mişel Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verir: “Eyni zamanda Azərbaycanla Aİ- arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına böyük ümid var”.

Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın Avropa ölkələri ilə diplomatik münasibətlər qurmasının 30 illiyik tarixi var: “Azərbaycan Aİ-a daxil olan 10-dan artıq ölkə ilə strateji tərəfdaşdır. Ötən ilin dekabrında Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakıda mühüm əhəhmiyyətə malik idi. Həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu da xüsusi diqqəta malikdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər