24 Fevral 2022 12:05
2 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ukrayna ətrafında yaranmış böhrana görə ABŞ dünya ictimaiyyətinin ittihamı qarşısındadır. İttiham odur ki, ABŞ Ukraynanı yetəri qədər müdafiə etmədiyi üçün Rusiya cəsarətləndi və Donbasdakı separatçıları tanıdı. Həmçinin Vaşinqtonun Ukraynanı Rusiya ilə savaşa təhrik etməsi də müzakirə mövzusuzudur. Siz bu haqda nə düşünürsünüz?

- ABŞ-ın hər bir xəbər proqramında bu böhranın Ukraynanı Putin tərəfindən təhrik edildyi üçün yarandığı barədə məlumat yayılır. Yaşanan böhranda ABŞ-ın günahlandırıldığını eşitməmişəm. Birləşmiş Ştatlar Prezidenti Bayden Transatlantik Birliyini birləşdirir və avropalı müttəfiqlərini çox sərt sanksiyaların köməyi ilə vahid və koordinasiyalı şəkildə reaksiya verməyə çağırır.

Biz Almaniya tərəfindən sanksiyanın birinci əlamətini müşahidə etdik, Kansler Olaf Şoltsun qərarından sonra Almaniya İqtisadiyyat Nazirliyi Şimal Axını-2 üçün sertifikatlaşdırma prosesini dayandırdı. Bir çox insanlar Almaniyanın bu qədər erkən addım atacağını gözləmirdilər.

Ukraynaya Rusiyanın ikinci müdaxiləsi oldu. Çünki Ukrayna Rusiyaya inteqrasiya etmir. Almaniya bu cür qərar verdi, Bayden administrasiyası da eyni sərt sanksiyalar tətbiq etdi. Lakin Bayden kimi başqaları da Ukraynaya görə Ukraynada Rusiya ilə müharibə etmək niyyətində deyillər. Çünki Ukrayna NATO-nun üzvü deyil.

Amma Birləşmiş Ştatlar hazırda beynəlxalq hüququ ciddi şəkildə pozduğuna və qeyri-qanuni fəaliyyətə görə Rusiyanı çox ağrılı xərclər qarşısında qoymağa hazırlaşır. Bu, beynəlxalq hüququn və bir çox beynəlxalq öhdəliklərinin pozulması idi. Rusiya Krımın ilhaqından sonra Ukraynanı qarşı güc tətbiq etməklə hədələmişdi.

Açığı, Prezident Putin dünya müharibəsində olduğu kimi, Hitlerin planını yenidən işə salıb. O zaman da durum qeyri-müəyyən idi. Hitler Almaniyası Çexoslovakiyanın işğalına bu ölkənin cənub-şərqindən başlamışdı. İndi də Rusiya öz qoşunlarını Ukraynanın şərq, cənub-şərq bölgələrinə yeritməyə çalışır. Beynəlxalq ictimaiyyət də bunu görür. Rusiya buna görə ciddi problemlərlə üzləşəcək.

Donbas respublikalarını tanıması Prezident Putinin birtərəfli qərarıdır. O, öz paranoid nitqinə əsaslanaraq güc tətbiq etməyə hazır olduğunu açıq şəkildə bildirir. O, sübut etməyə çalışır ki, Ukrayna müstəqil yaşamaq hüququna malik deyil. Rusiya ABŞ-a öz “qırmızı xətlər”inin sərt prinsiplərini qəbul etdirməyə çalışır.

Bu baxımdan, Ukraynanın Avropa Birliyi və Şimali Atlantik Alyansına üzvlüyünü istəmir. Amma bundan sonra Rusiyanın qanunsuz addımlarına qarşı siyasi mübarizənin çox ağır illəri başlayacaq.

- Krım ilhaq edilənə, Donbas işğal olunanadək niyə Ukrayna NATO üzvlüyünə qəbul edilmədi? Qərb bloku və ya ABŞ Rusiyadan çəkinirdimi?

- Ukrayna və Gürcüstanın NATO-ya hələ nə üçün qəbul edilməməsindən xəbərdar olmalısınız. Hamı bilir niyə... Birləşmiş Ştatların Prezidenti Corc Buş Gürcüstan və Ukrayna üçün çox ağır bir sessiya keçirdi. Sessiyada Almaniya Kansleri Angela Merkel veto qoydu və onun vetosunu da Fransa və digər dövlətlər dəstəklədi. Onlar Rusiya ilə münaqişədən çəkinirlər, Rusiyada öz biznes maraqlarını təhlükəyə atmaqdan qorxurlar. Almaniya, xüsusilə Rusiyanın Almaniyaya təbii qaz tədarükünü dayandıracağından qorxur.

Birləşmiş Ştatların Prezidenti Buş özü şəxsən mənə həmin gün dedi ki, Gürcüstan və Ukraynanın NATO-ya üzv olması üçün fəaliyyət planı əldə etmək çox çətin idi. NATO tam demokratik ölkələrdən ibarətdir ki, onların hər biri istənilən mühüm qərara veto qoymaq hüququna malikdir və konsensus əsasında qərarlar qəbul edir. Ona görə ki, biz NATO-nun nə qədər demokratik olduğunu görə bilək.

- Görünən budur ki, Rusiya keçmiş sovet ölkələrinə qarşı təzyiqləri artırıb. Belarus və Qazaxıstandan sonra Ukraynanın hədəfə alınması da bunu sübut edə bilər. Nə düşünürsünüz, bu ölkələri öz təsir dairəsinə salmaq üçün hərəkətə keçən Rusiyanın yekun hədəfi nə ola bilər? Hətta ABŞ Dövlət katibi Entoni Blinken ötən aylarda Rusiyanın SSRİ-ni yenidən qurmağa çalışdığını demişdi.

- Düşünürəm ki, Rusiyanın Gürcüstan kimi Ukraynaya təzyiq etməkdə əsas məqsədi Ukraynanın NATO-ya qoşulmasının qarşısını almaq olub. Bu birinci məqsəd idi. İkinci məqsəd yeni struktur yaratmaq üçün Avropada təhlükəsizlik tənzimləmələrini dəyişdirməkdir. NATO-nun nəinki artıq Polşa və Baltikyanı dövlətlərdə öz qoşunlarını yerləşdirmir, həm də NATO-nun 1997-ci ildən və hətta daha sonra Bolqarıstan, Rumıniya və onun hüdudlarından kənarda yeni NATO üzv dövlətlərində qoşunlarını yerləşdirmir.

Bu, mümkün deyil. NATO heç vaxt bununla razılaşmayacaq. Bu, Rusiyanın Belarusdan söhbət düşəndə belə təzyiqlərə məruz qalmasının daha bir səbəbidir.

Qazaxıstana gəlincə, Tokayev Qazaxıstanda hakimiyyətdən imtina etmək istəmirdi, nümayişlərin yatırılmasında Rusiya hərbi dəstəyinə son dərəcə böyük ehtiyacı var idi. Putinin məqsədi “Novaya Rusiya” - yeni Rusiyadır. Cənubi Ukrayna ərazisi, müasir Cənubi Ukrayna 17-ci əsrdə Rusiya imperiyasının yanında böyük idi. Hesab edirəm ki, Putin “Böyük Rusiya”nı bərpa etmək istəyir. Geosiyasi strategiyaların bir çoxu xüsusi variantları aydın göstərdi. O, Ukraynanı tamamilə Rusiyaya tabe etmək istəyir. Putin həmçinin bilir ki, Ukraynanı həmişəlik itirib və Rusiyanın orbitinə qaytarmağa çalışır.

- Rusiya ABŞ və NATO-dan Şimali Altlantik Alyansının Şərqə doğru genişlənməməsinə dair yazılı zəmanət istəmişdi. Hər iki tərəf Rusiyaya cavab versə də, bununla bağlı açıqlama verilmədi. Cavab niyə gizli saxlanıldı: sizcə, bir gizli sövdələşmə müzakirə mövzusu ola bilərmi, bu prosesdə geri çəkilən kim oldu?

- ABŞ prezidentinin Putinin bu tələbinə verdiyi bu cavab açıqlanacaq. Heç nə gizli deyil. Birləşmiş Ştatların NATO-dakı müttəfiqləri ABŞ hökumətinin Rusiyanın tələblərinə rəsmi cavabını açıq şəkildə dərc etsə, peşəkar diplomat kimi mən şoka düşərdim.


Müəllif: Lamiyə İbrahimova

Oxşar xəbərlər