26 Fevral 2022 13:21
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.

Məktubda “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya zidd olan və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş bu qətliam Azərbaycan xalqına qarşı qəddarlıq nümunəsikimi dəyərləndirilib.

Bildirilib ki,“BMT Baş Assambleyasının 9 dekabr 1948-ci ildə qəbul edilmiş 260 saylı Qətnaməsinə əsasən, bu cürhadisələrqətliam kimi qiymətləndirilir və qətiyyətlə pislənilir. Məktubda Azərbaycan xalqına, hökumətinə, parlamentinə bir daha tam dəstək ifadə olunub.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Başkatibi Xocalı soyqırımının ildönümü münasibətilə bir daha dərin hüznlə başsağlığı verib, bütün dünya xalqlarına, xüsusən də Azərbaycan xalqına layiq olduğu sülh və firavanlıq arzularını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər