Xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Nazir, Azərbaycan və Misir münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.
Misir səfiri Adel İbrahim Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib. Səfir, Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin cəlb edilməsi məsələsinə toxunub. O, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.
Tərəflər Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.
Nazir, səfir Adel İbrahimə gələcək fəaliyyətində ona uğurlar arzu