7 Mart 2022 13:30
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev martın 8-dən 10-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, Azay Quliyevin ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi Bosniya və Herseqovinanın rəsmiləri və bu ölkədə akkreditə olunmuş beynəlxalq qurumların, bir sıra tərəfdaş ölkələrin diplomatik korpusunun təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə Bosniya və Herseqovinada, o cümlədən Qərbi Balkanlarda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə ediləcək, müasir çağırışların fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq.

Martın 10-da Milli Məclisin deputatı A.Quliyev Antalya Diplomatiya Forumunda ATƏT PA-nın təmsilçisi kimi iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Martın 11-dən 13-dək keçiriləcək Forumda deputatımız gündəlikdə olan məsələlərin müzakirəsində iştirak edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər