7 Mart 2022 17:50
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mövqeyi, iradəsi dünyanın aparıcı dövlətləri, siyasi liderləri tərəfindən qəbul edilir, dəstəklənir. Bunların hamısı gözlənilən məsələlər idi. Bu, Azərbaycanın yaratdığı yeni reallığın birbaşa məntiqi nəticələridir. Bütün bunlar ölkəmizin regionda yeni geosiyasi vəziyyət yaratmasının nəticəsində mümkün olub. Ona görə də burada hansısa bir qeyri-adi yanaşma olmamalıdır. Əksinə bu, qanunauyğun olaraq müşahidə edilən bir haldır.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, getdikcə bizim yaratdığımız bu rellıq daha çox dövlətlər və siyasi liderlər tərəfindən qəbul olunacaq:

“İndiki keşməkeşli bir dövrdə, beynəlxalq qanunun tamamilə darmadağın edildiyi bir zamanda dövlətlər tərəfindən davranış, ünsiyyət prinsipləri pozulduğu şəraitdə Azərbaycan faktiki əlçatmaz məsələni reallaşdırdı. Ölkəmiz beynəlxaq aləm, ölkələr tərəfindən arzulanan, istənilən, ancaq həyata keçirilə bilməyən davranış qaydalarını sərgiləyə bildi. Əsas məsələ məhz bundan ibarətdir. Təbii ki, bütün ölkələr, beynəlxalq təşkilatlar hansısa bir dəyərlər haqqında danışır, hər birinin ona çatmaq istəyi var. Məqsəd hansısa bir məsələləri reallaşdırmaqdan ibarətdir. Amma danışmaq və istəmək bu istiqamətdə hansısa bir arzuları ifadə etməklə proses irəliləmir. Əsas bunu reallaşdırmaqdan ibarətdir”.

Millət vəkilinə görə, müasir dünyada, xüsusilə də son illərdə beynəlxalq təşkilatlar, hansısa bir qurumlar tərəfindən bəyan edilən məsələnin öz həllini tapması halına rast gəlinməyib:

“Azərbaycan isə BMT-nin 4 qətnaməsi ilə yanaşı beynəlxalq təşkilatların bəyan etdiyi prinsipləri icra edib. Məqsəd odur ki, ölkələr arasında müharibə yox, sülh haqqında söhbətlər aparılsın. Dövlətlər arasında başqa bir müstəvidə münasibətlər formalaşsın. Amma təəssüf ki, bu fakta da rast gəlmək olmur. Ona görə də biz dərk etməli, başa düşməliyik ki, getdikcə Azərbaycanın gördüyü iş, yaratdığı reallıq ölkələr içərisində daha böyük rezonans yaradacaq”.

Səməd Seyidov hesab edir ki, bir neçə müddət bundan öncə faktiki olaraq Ermənistanı dəstəkləyən, ona tərəf çıxan Fransa kimi dövlətlər bu gün Azərbaycanla münasibətlər qurmaq, əraziləri minalardan təmizləmək prosesinə qoşulmaq istəyindədir. Hətta I Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı da Fransanın mövqeyi var. Hətta bizim nümunə, bu gün başqaları üçün istifadə edilir”.

Heyət rəhbəri bildirib ki, dövlət başçısının müharibədən sonra biz Ermənistanla sülh sazişini imzalamağa hazırıq açıqlaması post-müharibə dövrü üçün səslənən ən vacib bəyanat idi: “Bu düzgün siyasətdir. Ona görə də, bu dəyəri, siyasəti qorumaq, dəstəkləmək lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər