Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb.
Teleqraf.com-un məlumatına görə, müzakirələr bir saat davam edib.
Bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.
* * *
12:31
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
Teleqraf.com-un məlumatına görə, danışıqlar Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində keçirilir.
***
Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş olacaq.
Teleqraf.com xəbər verir ki, XİN başçılarının danışıqları Türkiyənin Antalya şəhərində baş tutacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ev sahibi kimi görüşdə iştirak edəcək.
Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.