“Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması Bakıdan İrəvana təqdim olunan sülh paketində yer ala bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Ermənistan-Azərbaycan münasibətlərinə dair son gəlişmələrə diqqət çəkib: “Azərbaycan Ermənistana 5 maddəlik sülh paketini təqdim edib. Ola bilər ki, Bakıdan İrəvana verilmiş paketə aşağıdakı təkliflər daxildir:
- Ermənistan Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasına 1970-ci illərin xəritələri əsasında getməlidir;
- Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır;
- Bölgədəki nəqliyyat xətlərinin açılması və Qərbi Zəngəzur dəhlizinə xüsusi statusun verilməsi;
- Qərbi azərbaycanlıların Ermənistana – öz tarixi yurdlarına qayıdışı üçün danışıqların başlanılması və maddi təzminatın ödənməsi;
- Ermənistan işğal altındakı anklavları tərk etməlidir”.
Azərbaycandan Ermənistana məlum təkliflərin verilməsi ilə bağlı açıqlamanı Xarici işlər naziri Ceyhun Bayramov verib. Nazir açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət təklif göndərib və hazırda cavab gözləyir.