Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozef Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə rəsmi tviter səhifəsində yazıb.
“Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldovaya və Cənub-Şərqi Avropaya qaz tədarükünü genişləndirməyə hazır olmasını alqışlayıram. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında gərginliyi azalda biləcək səyləri dəstəkləyir”- paylaşımda bildirilib.