14 Mart 2022 20:13
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatlarının hücumunu pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub.

“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir”, - tvitdə bildirilib.

Xatırladaq ki, martın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki neft emalı zavoduna PUA-lar vasitəsilə hücum edilib. Hadisə nəticəsində heç kəs zərər çəkməyib, neft tədarükündə problem yaşanmayıb. Hücumları İranın dəstəklədiyi Yəməndəki husi qruplaşmaları törədib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər