Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub.
Teleqraf.com xəbər verir ki, indiyədək qeydiyyatda olan 58 partiyadan 21-i illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar aşağıdakılardır:
-Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
-Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
- Azərbaycan Liberal Partiyası (ALP)
- Azərbaycan Respublikaçılar Partiyası (ARP)
- "Ədalət” Partiyası
- Demokratik İslahatlar Partiyası (DİP)
- Azərbaycan Tərəqqi Partiyası (ATP)
- Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
- Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
- Azərbaycan Xalq Partiyası (AXP)
- Müasir Musavat Partiyası (MMP)
- Böyük Quruluş Partiyası (BQP)
- Vətəndaş və İnkişaf Partiyası (VİP)
- Müstəqil Xalq Partiyası (MXP)
- “Ana Vətən” Partiyası (AVP)
- “Qorqud” Partiyası
- “Milli Vəhdət” Partiyası
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Böyük Azərbaycan Partiyası
- Müsavat Partiyası
- Azərbaycan Ümid Partiyası./Report/