Azərbaycan və BMT əməkdaşlığının parlaq gələcəyi var. Bəzən BMT tənqid olunur. Amma unutmayaq ki, üzv ölkələr bu təşkilat qarşısında öz öhdəliklərinə əməl etməlidir. Bütün ölkələr BMT Nizamnaməsi ilə bağlı öhdəlikləri yerinə yetirməlidir.
Teleqraf.com-un məlumatına görə, bunu Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan BMT Nizamnaməsinin də əsas götürdüyü beynəlxalq hüququn prinsiplərini dəstəkləyir.
"Azərbaycan BMT-nin sülhməramlı missiyalarına öz töhfəsini verib. Azərbaycanlı sülhməramlılar Sudan və digər nöqtələrdə fəaliyyət göstərir", - H.Hacıyev deyib.