20 Mart 2022 09:58
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rusiyanın Ukraynaya hücumu günlərdir davam edir. Prosesdən gözləntiniz nədir: Sizcə, müharibə hansı nəticələrlə yekunlaşa bilər? Rusiya müharibəni üç-dörd günə bitərəcəyini bildirirdi. Rusiya hədəflərinə niyə çata bilmir?

- Rusiyanın Ukraynaya hərbi müdaxiləsi artıq 3 həftədir davam edir. Bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Rusiya bu müharibədə itirən tərəf olacaq. Əslində, Rusiyanın qələbə qazanması hökumətin ikrahla ifadə etdiyi məqsədlərinə nail olması demək olar.

Rusiyanın istəyi demokratik şəkildə seçilən yəhudi liderin devrilməsidir. Ancaq bu, gülməlidir. Rusiya çalışır ki, müharibədə öz məqsədinə nail olsun. Əgər Rusiya bu savaşda qələbə qazanarsa, bu, Ukraynanın demilitarizasiyası deməkdir. Ancaq bu, baş verməyəcək. Çünki Ukrayna Silahlı Qüvvələri daha da güclənir və bütün dünyadan böyük dəstək alır.

Rusiyanın hərbi əməliyyatları başlatmasında daha bir məqsədi Ukraynanın siyasi cəhətdən neytral ölkəyə çevrilməsi və NATO-ya daxil olmamasını təmin etməkdir. Görünür, Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələləri müzakirə etməyə hazırdır. Ancaq Rusiya dövlət başçısı Vladimir Putin Ukrayna ilə bağlı öz məqsədlərini reallaşdırmaq üçün onları məcbur etməyə çalışır, bunun üçün ölkənin iri şəhərlərini dağıdır və işğal edir.

Onun arzusunun baş tutması üçün Rusiyanın Ukraynadakı qoşunları kifayət qədər deyil. Xüsusilə də Kiyev və Odessa ətrafında vəziyyət bu cürdür. Bu səbəbdən son nəticədə Rusiya uduzan tərəf olacaq. Onsuz da Rusiya hazırda dünyanın ən çox nifrət bəslənən ölkəsidir. Bu ölkə böyük uğursuzluğa düçar olub, iqtisadiyyatı çöküb, dünyanın demək olar ki, heç bir ölkəsi onu dəstəkləmir və ətrafında dost dövlət yoxdur. Yəni Rusiya bəzi səbəblərə görə hərbi cəhətdən öz məqsədlərinə nail ola bilmədi.

Birinci səbəb odur ki, ukraynalılar Rusiyanın gözlədiyindən çox güclü və daha effektiv idilər. İkinci səbəbə gəlincə, Putin düşünmürdü ki ,Ukrayna səmərəli şəkildə mübarizə aparacaq. Çünki onların əlində ukraynalıların o qədər də effektiv döyüş sərgiləməyəcəyinə dair çoxlu kəşfiyyat məlumatları var idi. Putin hesab edirdi ki, Kiyevdə insanlar onu xilaskar kimi qarşılayacaqlar. Lakin bu, baş tutmadı, Ukrayna xalqı Volodimir Zelenskini dəstəklədi, onun yanında dayandı. Ukrayna dövlət başçısı bəlkə də dünyanın ən məşhur siyasi lideri oldu.

Rusiyanın hərbi məqsədlərinə çata bilməməsinin üçüncü səbəbi isə ordusunun zəif olmasıdır. Hər birimiz düşünürdük ki, rus ordusu çox güclüdür, lakin açıq-aydın hərbi rəhbərlər öz hərəkətlərini düzgün planlaşdıra bilmədilər. Onların lazımi maddi-texniki təchizatı yox idi, qoşunlara dəstək vermək üçün kənardan yanacaq və ərzaq da əldə edə bilmədilər. Bu isə keçilməz yerlərdə, əlverişsiz hava şəraitində onların hərəkətinə mane yaratdı, bütün bunlar bir tərəfə, rus əsgərləri döyüşmək istəmirlər. Onlar başa düşürlər ki, ruslara dost olan bir ölkənin ərazisindədirlər və onları çox sevən, onlara yaxın bir xalqın torpağını işğal edirlər.

Rusiya ordusunda mənəvi ab-hava çox aşağıdır. Həmçinin Rusiya ordusundakı korrupsiyaya görə nəqliyyat vasitələrində problemlər yaranır. Müxtəlif döyüş texnikaları bəzi hallarda lazımi ehtiyat hissələri olmadığı, yeni təkərlərlə təmin edilmədiyi üçün tez sıradan çıxır. Rusiya ordusunda kifayət qədər ehtiyat hissələri yoxdur. Yaxşı planlaşdırma da mövcud deyil. Rusiyanın ukraynalıların və ya dünyanın nəzərində nə qədər “güclü” olması burada açıq şəkildə özünü göstərir. Korrupsiya, özbaşınalıq, planlaşdırmanın olmaması Rusiyanın hərbi məqsədlərinə çatmasını qeyri-mümkün edir. Buna görə də bu ölkə müharibəni uduzmaqdadır.

Bundan əlavə, rus ordusu tamamilə hazırlıqsız idi. Başlanğıcda onlar güclü və yaxşı hazırlanmış görünürdü. Çünki Vladimir Putin Rusiyanın Ukraynanı çox tez məğlub edəcəyini düşünürdü. O, həm də nisbətən hazırlanmış hərbçiləri göndərdi. Yəni silahlı polislər soyuqqanlı və hökumət binalarını çox tez ələ keçirmək potensialına sahib idilər. Lakin qeyd etdiyim səbəblərə görə rus hərbçiləri uğursuzluğa düçar oldular.

Əslində, Putin bütün əməliyyatı gizli saxlamaq istəyirdi. O, bütün dünyaya Rusiyanın Ukraynanı işğal etməyi planlaşdırmadığını söylədi. Buna görə də müharibə çox kiçik bir qrup insanla planlaşdırıldı. Bu isə bəzi problemlərə yol açdı. Ordu rəhbərliyinin hərbçilərlə lazımi koordinasiyası da yox idi. Ukrayna ilə sərhədə daha çox qoşun göndərildiyi deyildi. Putin təbii ki, Ukraynanı işğal etmək niyyətində idi. Ancaq hərbçilərə dedilər ki, sadəcə təlim missiyasında olacaqlar, buna görə də digər qruplar buna hazır deyildi.

Yenə də Rusiya hökuməti daxildə daha yaxşı koordinasiyanın olmaması, çox zəif idarəçiliyi ilə tanınır. Mən həqiqətən bu müharibədə gördüm ki, bütün bu xüsusiyyətlər hərbi əməliyyatları çox zəiflədir.

- ABŞ və NATO tez-tez Ukraynaya qüvvə göndərməyəcəklərini, üstəgəl, Ukraynanın səmasını bağlamayacaqlarına dair açıqlama verirlər. Sanki bununla Rusiyanı arxayın salmaq istəyirlər, bu açıqlamaları da bu baxımdan birmənalı qarşılanmır, bu, elə rəsmi Kiyevin özündə də narazılıq, şikayət yaradır. Bu mesajların anlamı və ya izahı nədir – Rusiyadan çəkinirlərmi?

- İndiyə qədər ABŞ və NATO qərara gəldi ki, Rusiyaya qarşı müharibə aparmaq üçün ilk olaraq bəzi məqamlara diqqət etmək lazımdır. Bunun iki səbəbi var. Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri Rusiya ilə müharibə etmək istəmirlər, çünki bilirlər ki, Vladimir Putinin özünü çox qeyri-sabit şəkildə aparmağa çalışır, sanki potensial psixi pozğunluqdan əziyyət çəkir.

Buna görə də ABŞ və müttəfiqləri müharibəni istəmirlər, yəni biz Putinə təzyiq göstərmək fikrində deyilik. O, kimyəvi və bioloji silahlardan, nüvə silahından istifadə edə, III Dünya Müharibəsini başlada bilər. ABŞ və onun NATO müttəfiqlərinin müharibəyə qoşulmamaq qərarına gəlməsinin, Ukrayna üzərində uçuşa qadağan zonası qoymaq və ya öz əsgərlərini döyüşə göndərməkdən imtina etməsinin bir səbəbi də budur.

İkinci səbəb isə siyasidir. ABŞ və avropalı müttəfiqləri bir çox rusların bu hərbi əməliyyatlara qarşı çıxdığını görürlər. Əslində ruslar Ukraynada dinc sakinlərin öldürülməsinə qarşıdırlar və bu Rusiya mediasında birbaşa yayımlarda göstərilir. Ancaq Putin Rusiya mediasında xalqın böyük əksəriyyətini həyatları ilə manipulyasiya edə və onları Rusiyanın haqlı olduğuna inandıra bildi. Bütün nüfuzlu beynalxalq media da nümayiş etdirdi ki, Rusiya dinc sakinlərin qətlinə yönəlib, onlar mülki insanları üçün xüsusi olaraq hədəf seçirlər.

Doğum evi hədəf alındı, 1200-dən çox qadın və uşaqların sığındığı bir çox teatr bombalandı. Rus xalqı görür ki, Putin bu müharibəni prezident kimi nə qədər dəhşətli dərəcədə cinayətkarlıqla aparır. Ancaq ruslar bunu bilsələr də, onun törətdiyi cinayətlərə göz yumurlar. ABŞ Prezidenti Co Bayden bəyan etdi ki, rus xalqı siyasi nöqteyi-nəzərdən törədilmiş bu cür cinayətləri öyrənir və qiymətləndirir. ABŞ lideri Rusiyaya qarşı aqressivdir və həqiqət ondan ibarətdir ki, Rusiya öz seçimi ilə təqsirkardır.

ABŞ çalışır ki, müharibə dayansın, əgər NATO müharibəyə cəlb olunarsa, Putin öz xalqına yalanlar danışa bilər. Guya, ABŞ-da Rusiyaya qarşı təcavüzkar müharibə aparır. Halbuki həqiqət budur ki, bütün günahlar tamamilə Rusiyanındır.

- Avropa və ABŞ-ın bir sıra media qurumları, rəsmi şəxsləri Azərbaycan işğal edilmiş Qarabağı azad edəndə Türkiyədən aldığı “Bayraktar” dronlarını “qatil” adlandırmışdılar, Bakıya hədələyici bəyanatlar verirdilər, hərbi cinayətlər törədən Ermənistana etiraz edən olmurdu. Həmin dairələr Ukraynada bu dronları “ümidlərin işığı” adlandırır və ona təcavüz edən Rusiyaya sanksiya tətbiq edirlər. Bəs Qərbin bu ikili yanaşması nədən irəli gəlir?

- Düşünürəm ki, Rusiyanın Ukraynaya hücumu bütün Avropada, ABŞ Konqresində Türkiyəni sevməyən insanlar üçün fürsət yaradıb. Hətta ABŞ hökuməti belə Türkiyə ilə bağlı siyasətinə yenidən baxacaq. ABŞ-ın Türkiyəyə soyuq münasibəti Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini satın alma qərarından qaynaqlanır. Lakin buna qədər bir çox başqa səbəblər də var.

Amerikalı müşahidəçilər Türkiyənin etibarlı və ya yaxşı müttəfiq olmadığını düşünürdülər. Digər səbəb isə Suriyadakı proseslərdir. Terrorla mübarizə prosesində ABŞ-la Türkiyə arasında nifaq yarandı. Eyni zamanda Türkiyə Şərqi Aralıq dənizində çox iddialı xarici siyasət izləyir. Türkiyə ilə Yunanıstan donanması arasında çox gərginlik yaşandı.

Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə anti-türk siyasəti yürüdür. Hətta 44 günlük Qarabağ müharibəsində Türkiyənin Azərbaycana pilotsuz uçuş aparatları verməsi Fransada Türkiyəyə qarşı böyük aqressiya yaratdı.

Ancaq indi nəhayət başa düşdülər ki, türk PUA-ları dünyanın aqressiv ola biləcəyi və NATO-nun maraqlarına zidd fəaliyyət göstərə biləcəyi vasitələr deyil. Onsuz da bu PUA-ları Türkiyə əvvəl də Suriyanın şimal-qərbində döyüş meydanında istifadə etmişdi. Mən türklərin, xüsusilə zərbə PUA-larının (Bayraktar TB2 - red.) döyüş meydanında oynaya biləcəyi rolu çox yüksək qiymətləndirirəm.


Müəllif: Lamiyə İbrahimova

Oxşar xəbərlər