Ukrayna ilə danışıqlar ağır irəliləyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya Qərb ölkələrinin Ukrayna ilə danışıqlarda vasitəçiliyinə qarşı deyil.
"Amma Moskvanın dəqiq vurğulanan qırmızı xətləri mövcuddur. Qərb Rusiyanı maksimum uzun müddət döyüş əməliyyatları vəziyyətində saxlamağa ümid edir", - nazir vurğulayıb.