Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Qeyri-dost adlandırılan ölkələrə verilən təbii qazımıza, Rusiya rubluna görə ödənişlərin köçürülməsi üçün bir sıra tədbirləri həyata keçirmək qərarına gəlmişəm”, - Rusiya prezidenti vurğulayıb.