Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında narazılıq artıb.
Teleqraf.com xəbər verir ki, şəxsi heyət çatışmadığından günlərlə postlarda növbə çəkən yerli könüllülər ailələrini uzun müddət görmədikləri üçün etiraz edirlər.
Xankəndidəki mənbələrdən verilən məlumata görə bu narazılığın qarşısını almaq və xəstələrin yerini doldurmaq məqsədilə separatçı rejim yeniyetmə və yaşlılara forma geyindirərək onları postlarda durmağa məcbur edir.
Bu göstərişə tabe olmaq istəməyənlər təqiblərə və təhqirlərə məruz qalır.
Mənbənin dediyinə görə Əsgəran istiqamətində postlarda və qeyri-qanuni erməni silahlı dəstələrin sığınacaqlarındakı acınacaqlı şərait səbəbindən xəstələnənlərin də sayı artıb./Trend/