29 Mart 2022 13:37
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bu gün MDB Parlamentlərarası Assambleyası Şurasının Almatıda keçirilən iclasında Qarabağdakı vəziyyətlə bağlı iddia mübadiləsi aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Alen Simonyan çıxışı zamanı Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğunu bildirib. Öz növbəsində Sahibə Qafarova iclasın yekun hissəsində Bakının mövqeyini çatdırmaq üçün söz alıb.

“Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması ilə bağlı yayılan informasiya tamamilə həqiqətəuyğun deyil... Azərbaycanın suveren ərazisinə qanunsuz daxil olmuş qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat törətməyə cəhd göstəriblər. Onlar Silahlı Qüvvələrimizin gördüyü tədbirləri nəticəsində geri çəkilməyə məcbur olublar”, - deyə Sahibə Qafarova bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər