Bu həftə siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.
Teleqraf.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
İndiyədək isə qeydiyyatda olan 58 partiyadan 24-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar aşağıdakılardır:
Yeni Azərbaycan Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Ümid Partiyası
Müsavat Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Cəbhə Partiyası (MCP)
“Milli Vəhdət” Partiyası
Böyük Azərbaycan Partiyası
“Qorqud” Partiyası
Böyük Quruluş Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Müasir Musavat Partiyası
Azərbaycan Xalq Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Müstəqil Xalq Partiyası (MXP)
“Ana Vətən” Partiyası (AVP)
Demokratik İslahatlar Partiyası
Azərbaycan Tərəqqi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
“Ədalət” Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Azərbaycan Liberal Partiyası
Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
Azərbaycan Respublikaçılar Partiyası