“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində yayılan açıqlamada bildirilib.
“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir.
Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, - XİN-dən vurğulanıb.