30 Mart 2022 13:01
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verib.

Teleqraf.com xəbər verir ki, millət vəkili Fazil Mustafa spikerin ünvanına səslənən fikirlərə reaksiya verib, o, Sahibə Qafarovanı tənqid edənləri qaragüruhçu adlandırıb:

“Gərgin vəziyyətdə bir neçə dəfə söz alıb erməni spikeri tutarlı arqumentlərlə susduran Azərbaycan Respublikası Milli Məclisinin xanım sədrinə dəstək vermək əvəzinə hamısı bir texniki səhvə ilişib qalıb.

Demək ki, çıxışda dəfələrlə Azərbaycan Respublikası sözü işlədilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə səhvən yer alıb, bütün qaragüruh yenə dövrəyə girib. Demək ki, bunları erməniyə verilən cavabların mahiyyəti maraqlandırmır, erməni spikerin Azərbaycanın bütün şərtləri ilə razılaşdığı etirafı heç maraqlandırmır, düşünürlər ki, necə edək ölkənin maraqlarını bu cür platformada müdafiə edənləri qaralayaq. Dünən bir ləyaqətsiz Rusiya müdafiə nazirliyinin açıqlamasına istinad edərək ordumuzu qınayırdı ki, niyə Fərruxdan geri çəkilmisiniz, bu gün də onunla eyni qafada olanlar öz yüksək səviyyəli çıxışı ilə ermənini çıxılmaz vəziyyətə salan bir Azərbaycan xanımına qarşı təhqirə keçiblər. Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər. Bu qaragüruhçular və qaragüruçkalar ölkəmiz üçün ən azı erməni qədər təhlükəlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər