“Polşa nümayəndə heyəti ATƏT-in fəaliyyətdə olan sədri qismində Azərbaycana səfər edir. Bu gün səhər nümayəndə heyəti Azərbaycan Prezidenti tərəfindən də qəbul edilib”.
Teleqraf.com-un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raun ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Azərbaycan Polşa ilə münasibətlərin inkişaf etməsinə diqqət yetirir. Bu il münasibətlərimiz konteksində xüsusi bir ildir. Bu ilin ikinci yarısında Polşa-Azərbaycan Hökumətlərarası komissiyasının iclası keçiriləcək“, - o vurğulayıb.