31 Mart 2022 15:27
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Jurnalist Türkiyə liderinə belə bir sual ünvanlayıb:

“Məlumdur ki, hazırda Qarabağda Azərbaycanla Ermənistan arasında gərginlik var. Qarşıdurma ehtimalı var. Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyini atəşkəs rejimini pozmaqda ittiham edib. Azərbaycan da bunu təkzib edib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağa çalışırıq. Bu prosesdə bu vəziyyəti necə qiymətləndirərdiniz? Azərbaycan bizim üçün dəyərli ölkədir, türk dövlətləri arasında qardaş ölkədir. Siz necə qiymətləndirirsiniz?”.

Ərdoğan suala belə cavab verib:

“Azərbaycan üçtərəfli bəyannamənin müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Burada Azərbaycana hücum olduğu üçün müdafiə reaksiyası verilib. Əsas odur ki, üçtərəfli bəyannamənin müddəalarına uyğun olaraq, erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər