2 Aprel 19:46
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, aprelin 11-də ölkəmizdə keçirilən son prezident seçkilərindən dörd il ötür: “Bu seçkilərdə cənab İlham Əliyev seçicilərin mütləq əksəriyinin etimadını, 86.02 faiz səs toplayaraq parlaq qələbə qazandı. Prezidentin bu qələbəsinin mühüm əsasları var. Dövlət başçısının siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edərək möhtəşəm uğurlara imza atıb. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar var.

Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO ilə sıx əməkdaşlığı, Qoşulmama Hərəkatına uğurla sədrliyi dövründə bir sıra qlobal təşəbbüsləri beynəlxalq müstəvidə böyük dəstək qazanıb”.

Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib:

“Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir. Son zamanlar Avrasiyanın ən önəmli strateji məntəqələrindən olan Xəzər-Qara dəniz geosiyasi hövzəsində qaynar proseslər və intensiv diplomatik trafikin fonunda Azərbaycanın barışdırıcı missiyası və fəal rolu diqqəti cəlb edir. Xüsusilə də, Ukrayna hadisələri fonunda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konstruktiv strateji diplomatiyası ilə fərqlənir, çox mühüm təşəbbüslər və ideyalarla çıxış edir.

Azərbaycan Prezidentinin praqmatik strateji kursu müxtəlif geosiyasi qütblər Rusiya, Amerika Birləşmiş Ştatları və digər güc mərkəzləri eləcə də Aİ, NATO, İƏT və başqa strateji birliklər tərəfindən müsbət dəyərləndirilir”.

Millət vəkili hesab edir ki, 44 günlük Vətən müharibənin əsas qəhrəmanı da Prezident İlham Əliyevdir: “Dövlət başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək”.


Müəllif: Tapdıq Qurbanlı