6 Aprel 2022 14:50
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cəmiyyətinə məlumdur ki, “Milli Şura”, AXCP və bu təşkilatlara rəhbərlik edən Əli Kərimli, Cəmil Həsənli kimilər xalqımıza, dövlətimizə, müstəqilliyimizə qarşı xəyanət yolunu tutub. Bu cür adamlar və qurumlar bəzi mərkəzlərin, erməni diasporunun nəzarətində olan qüvvələrin sifarişini icra edir. Çünki bu mərkəzlərdən alınan təlimatlar məhz buna dəlalət edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Əli Kərimli bu gün gündəmdə qalmaq üçün həssas məqəmlardan çirkin məqsədləri üçün istifadə etməyə çalışır: “Əli Kərimlinin populist çıxışları ölkə ictimaiyyətində çaşqınlıq, inamsızlıq yaratmağa hesablanıb. Bu, ona havadarlarının birbaşa verdiyi tapşırıqların məntiqindən formalaşır. Çünki Əli Kərimli daim anti-milli qüvvələrin, anti-Azərbaycan mərkəzlərinin əlində oyuncaq olub. İndi də o, özünü az qala Ermənistanın Azərbaycandakı “qeyri-rəsmi səfiri” kimi aparır”.

Millət vəkili AXCP sədrinin şəhidlərin, qazilərin, Vətən müharibəsi əlillərinin adından yararlanmağa çalışmasının yolverilməz olduğunu söyləyib: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirdi. 30 ilə yaxın işğalda qalmış ərazilərimiz erməni işğalından azad edildi. Xalqımızın üzərindən məğlub, işğala, təcavüzə məruz qalmış damğası götürüldü. Bu tarixi uğura Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində nail olunub. Amma Əli Kərimli kimi milli xəyanətkarlar Vətən Müharibəsində şəhid olan, yaralanan qazilərin və onların ailələrinin adından “siyasi məqsədlər” üçün manipulyasiya etməyə çalışır. Bu isə AXCP sədrinin növbəti dəfə öz çirkin məqsədləri üçün cəmiyyətin ən həssas məsələlərindən yararlanmağa çalışdığını ifadə edir”.

Cavid Osmanov hesab edir ki, ölkəmizdə həssas kateqoriyadan olan hər bir vətəndaş kimi şəhid ailələrinin, qazilərin və müharibədən əziyyət çəkənlərin ehtiyacı dövlətimizin diqqətindədir: “Onların hər bir ehtiyacı dövlətin dəstəyi ilə qarşılanır. Bu baxımdan Əli Kərimli kimi bacarıqsız adamların bu cür həssas məsələlərdən öz maraqları üçün faydalanmaq cəhdləri məntiqsizdir. Belə məsələlərdən yararlanmağa çalışmaq AXCP üçün növbəti uğursuz gedişdir. Eyni zamanda bu faktlar onun növbəti iflası və cəmiyyətin nifrəti ilə qarşılaşması üçün də əsaslar yaradan haldır”.


Müəllif: Tapdıq Qurbanlı