15 Aprel 2022 09:23
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında fəallaşma müşahidə edilir. Bu çərçivədə erməni siyasi qüvvələri və müxalifəti hakimiyyətdə olan Nikol Paşinyanı sıxışdırmağa çalışırlar. Paşinyan isə açıq deyir ki, vaxtında 7 rayonu Azərbaycana qaytarsaydınız, bu qədər ölümlə rastlaşmaz, geri düşməz, pis vəziyyətə qalmazdıq. Normalda Paşinyan reallıqlardan bəhs edir. Amma erməni millətinin xislətini bilirik. Onların keşişi deyirdi ki, biz elə millətik ki, 50 ildən bir qan verməliyik, qanımızı verdikdən sonra rahatlayırıq. İndi qanlarını tam verməyiblər, odur ki, işləri uzadırlar”.

Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

Professor qeyd edib ki, əvvəl ruslar ermənilərə sülh sazişi bağlamasına mane olub:

“İndi rusların başı Ukrayna müharibəsinə qarışıb. Deyəsən, İran altdan-altdan Ermənistana ağıl verir, ümid verir. Ona görə də sülh müqaviləsini uzatmaq istəyirlər. Məsələni əslində Allahın ümidinə buraxmaq istəyirlər. Söhbət kənar təsirlərdən və maraqlardan gedir. Bu gün sülh müqaviləsinin imzalanması üçün ən böyük səyləri elə Azərbaycan nümayiş etdirir. Çünki bölgədə sülh və sabitliyin yaranmasında maraqlıdır”.

Bununla yanaşı sabiq nazir hesab edir ki, Ermənistanla sülh sazişinin gecikməsi və ya uzanmasından narahat olmağa dəyməz.

Onun sözlərinə görə, sülh müqaviləsi bağlansa da, bağlanmasa da bütün üstünlüklər bizdədir:

“Zaman keçdikcə bizdə vəziyyət yaxşılaşacaq, Ermənistanda isə pisləşəcək. Ermənistanın maddi imkanları yoxdur, ağaları da onları dolandırmaqdan bezib. Odur ki, məsələyə nikbin baxmalıyıq. Əlbəttə, Xankəndi məsələsi zamanla həll ediləcək, bu, tezliklə baş verməyəcək. Amma onlar qarşılaşdıqları sıxıntıları gördükcə bizimlə razılaşmalı olacaqlar. Əslində biz problemi tez həll etməkdə maraqlıyıqsa, Xankəndidə yaşayan ermənilərlə işləməliyik. Onların içinə getmək, izahat işi aparmalıyıq. Orada ermənilərin içərisində bizim xeyrimizə olan ovaq da çoxdur. Fəal işləmək lazımdır”.


Müəllif: Nemət