23 Aprel 2022 14:40
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqımız, bütün dünyada yaşayan azərbaycanlılar növbəti bir tarixi hadisəyə şahidlik etdi. Milli simvolumuz olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tariximizə qızıl hərflərlə yazılan hadisədir. Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra dünya azərbaycanlılarının ilk qurultayı olduğu üçün bu əlamətdar tədbir Zəfər qurultayı adlandırılır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, qurultayda Prezidenti İlham Əliyev geniş və proqram xarakterli nitqi Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələr, milli birliyimizin əhəmiyyəti, eləcə də, regionda baş verən prosesləri əahtə edib:

“Dövlət başçısı vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq dövlətimizin, cəmiyyətimizin və diasporumuzun əsas vəzifəsi olub. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi.

Artıq aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul edirlər. Bu yaxınlarda BMT Şuşada beynəlxalq tədbir keçirib. Eyni zamanda, Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak etdiyini görürük. ATƏT-in Minsk qrupu isə özünü doğrultmadığı üçün demək olar ki, tarixin arxivinə göndərilib”.

Millət vəkilinin sözlərinə görə, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər aparıcı beynəlxalq təşkilatlar postmünaqişə reallıqlarını qəbul edirlər: “Hazırda regionumzda qonşu ölkələr arasında “3+3” formatında beynəlxalq platforma yaradılır. Əsas məsələ Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin reallaşmasıdır. Dövlətimiz qarşı tərəfə beş prinsipdən ibarət sülh təklif irəli sürüb və Ermənistan da həmin prinsipləri qəbul edir. Bu beş prinsip əsasında sülh müqaviləsi imzalanmalıdır”.

Sevin Fətəliyeva bildirib ki, Qurultayda Azərbaycan diasporunun qarşısında dayanan vəzifələrdən də bəhs edilib: “Dünyada yaşayan azərbaycanlılara bu işə öz tövsiyələrini verir. Azərbaycan hökuməti ilə yanaşı təşkilatlarımız da Azərbaycanın regionda yaratdığı yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasında işində da fəal olmalıdır. Bütövlükdə, isə Şuşada keçirilən Zəfər qurultayı ilə Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələnin başlanğıcı hesab edilir”


Müəllif: Tapdıq Qurbanlı