29 Aprel 2022 14:58
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, son zamanlar ABŞ, Rusiya və Qərb nümayəndə heyyətlərinin Azərbaycanla təmasları, ölkəmizə səfərləri artıb. Bunu necə analiz etmək lazımdır?

- Rus sülhməramlılarının müvəqqəti məskunlaşmış olduğu ərazilərimizdə suverenliyimizin təmin olunması ilə bağlı intensivlik artıb. Bu ilk növbədə Azərbaycanın diplomatik fəallığının nəticəsi kimi önə çəkilməlidir. Ölkə Prezidenti prosesə kifayət qədər istiqamət verir. Bütün bunlar proseslərin Azərbaycanın dövlət və milli maraqlarına uyğun həll olunması və reallaşması üçün mümkün olan bütün addımlar atılır. Amma unutmaq olmaz ki, Cənubi Qafqazda Rusiyanın, Qərbin öz maraqları var. Artıq ATƏT-in Minsk qrupu arxivə göndərilib. Ancaq Rusiya və ABŞ bu məsələnin həllində öz aktivliyini itirmək istəmirlər.

- Rusiyanın prosesdə aktiv rolu necə müəyyənləşə bilər?

- Artıq Rusiya bu məsələ ilə bağlı öz xüsusi nümayəndəsini müəyyənləşdirib. O cümlədən rus nümayəndəsi artıq Azərbaycan Prezidentinin də qəbulunda olub. Eyni zamanda ABŞ-da öz növbəsində bu prosesdən kənarda qalmaq istəmir. Hər bir halda isə beynəlxalq hüquq normaları Azərbaycanın yanındadır. Amma hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərində ölkəmizin suverenliyinin təmin olunması üçün hər hansı bir sual ola bilməz. Dövlətimizin ərazi bütövlüyünə hansı bir təhdid mümkün deyil. Çünki 44 günlük Vətən müharibəsində güclü Azərbaycan bu məsələyə birdəfəlik son qoyub.

- İndi gündəmə gətirilən mövzular əsasən hansı istiqamətləri əhatə edir?

- Bizim ərazimizdə yaşayan azsaylı ermənilərin "hüquq”ları ilə bağlı məsələlər gündəmə gətirilir. Azərbaycanın bu məsələdə də mövqeyi bəllidir. Onlara Azərbaycana inteqrasiya olunmaq və ölkəmizdə vətəndaşlıq hüquqlarının verilməsi ilə bağlı dövlətimizin iradəsi ortadadır. Amma bir çoxları ən müxətlif səviyyələrdə çalışırlar ki, onların fərqli bir “status”ları olsun. Təbii ki, bu da proseslərin gedişində az və ya çox dərəcədə özünü ifadə edir. Amma nəticə etibarı ilə həmin ərazilərdə Azərbaycanın suverenliyinin təmin olunmasına nail olunacaq.

- Ermənistanda sülh məsələsi ilə bağlı proseslər aktiv fazaya daxil olandan aksiyaların ardı-arası kəlsilmir. Sizcə, yenidən Paşinyana səs verən erməni cəmiyyətinin sülhə münasibəti necə dəyişə bilər?

- Artıq Azərbaycanla Ermənistan xarici işlər nazirləri səviyyəsində heç bir vasitəçi olmadan danışıqlar baş verir. Artıq prosesin irəliləməsi üçün verilən zaman da bitmək üzrədir. Bu ayın axırına qədər işçi qrupunun formalaşması sona çatmalıdır. Azərbaycan bu məsələ ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri icra edir. Artıq Ermənistanla işləyəcək komissiya formalaşıb. Ermənistan da bu məsələ ilə bağlı üzərinə götürdüyü işləri icra etməlidir. Amma görünən odur ki, ABŞ Avropa İttifaqı və Rusiyadan olan birbaşa təmasların gedişinə maneə olmaq niyətində olmadıqları müşahidə edilir. Bun maneə olmaq istəsələr də ən azından bunun perspektivini görmədiklərinə görə, hələ ki belə bir hal baş verməyib.

- Sizcə, indiki aktiv müstəvidə davam edən prosesin gedişinə nə maneə ola bilər?

- Rusiyanın Azərbaycanla Ermənistan münasibətlərini tənzimləmək üçün xüsusi nümayəndə təyin etməsi onun prosesdə nə qədər aktivlik yer alması ilə izah oluna bilər. Amma prosesin həllinə maneə olmaq cəhdləri də mümkündür. Rusiyanın özü bu məsələdə olduqca maraqlı görünür. Artıq xüsusi nümayəndə prosesə aktiv şəkildə qoşulub. Amma prosesin hansı istiqamətdə getməsinə baxmayaraq onların Azərbaycana təsir imkanları yoxdur. Çünki Rusiya, ABŞ və Qərb nümayəndlərinin Azərbaycanın ərazisində hələ də yaşayan azsaylı ermənilərin maraqlarından çıxış etməsi də birmənalı şəkildə mümkün deyil. Bizə kənardan hansısa bir formada təsir etmək imkanı mümkün deyil. Ölkəmizdə mövcud olan ciddi xalq-iqtidar birliyi, qətiyyətli siyasi iradə bunu əngəlləyir. Bunun əksinə isə onların Ermənistana təsir ertmək imkanları olduqca böyükdür.

- Bəs Ermənistanın mümkün təsirlərdən kənarda qalması mümkündürmü?

- Rusiya buna mane olmağa çalışsa da, Paşinyan Avropa İttifaqına söykənərək qətiyyətli bir mövqe ortaya qoyacağı da gözləniləndir. Amma bütün bunlara baxmayarq müəyyən maneçiliklər olacaq. N.Paşinyan çalışır ki, Azərbaycanın irəli sürdüyü 5 prinsip üzərində münasibətləri normallaşdırsın. Bu məsələdə Avropa İttifaqının və onun rəhbəri Şarl Mişelin mövqeyi aydın görünür.


Müəllif: Tapdıq Qurbanlı