2 May 2022 15:44
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev səsləndirdiyi fikirlər ölkəmizin və bölgənin gələcək inkişafı baxımından mühüm önəm kəsb edir. Bu baxımdan ölkə başçısı dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi kimi əsl liderə xas olan xüsusiyyətləri özündə cəmləşdirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, dövlət başçısı bundan əvvəl media, beyin mərkəzlərinin nümayəndələri ilə görüşlərdə də onları maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırıb:

“Konfrans iştirakçılarının dünyanın tanınmış intellektual təbəqəsini təmsil etməsi, onların siyasi və akademik çevrələrdə populyar olması da diqqətən kənarda qalmamalıdır. Aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il Prezident İlham Əliyev tərəfindən verilib. Ötən il aprelin 13-də ölkə başçısının iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda belə bir təşəbbüs irəli sürülüb. Məhz həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif edib. Dövlətimizin başçısı da bu təklifi müsbət qiymətləndirib”.

Millət vəkilinə görə, dünyanın aparıcı beyin mərkəzləri, akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən forumun əhəmiyyəti olduqca böyükdür:

“Bu həmçinin Şuşanın bölgənin həm də diplomatik paytaxtına çevrilməsi üçün mühüm amil hesab edilir. Azərbaycan Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ermənistanın Azərbaycanın təşəbbüslərini, o cümlədən ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul etməsi də məhz bu platformanı gücləndirmiş olur. Həmin prinsiplərin Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməsi də bundan sonrakı proseslərin irəliləməsi üçün də vacibdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər