9 May 2022 12:20
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür".

Teleqraf.com xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin "Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası" adlı məqaləsində öz əksini tapıb.

"2003-cü illə müqayisədə Azərbaycan iqtisadiyyatında 3 dəfədən çox artım qeydə alınıb. 2003-2021-ci illər ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artıb. 2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu göstəricini 53 milyard dollara çatdırıb ki, bu da birbaşa xarici dövlət borcunu 7,4 dəfə üstələyir. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycanın mühüm coğrafi mövqeyi, strateji əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun inkişaf etdirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir hava limanlarının tikilib istifadəyə verilməsi, ölkə və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal iştirakçısına və regionun nəqliyyat-kommunikasiya habına çevrilməsinə şərait yaratdı. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat infrastrukturuna böyük maraq göstərir", - məqalədə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər