12 May 2022 17:38
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistandan olan həmkarları ilə görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.

Teleqraf.com xəbər verir ki, nazir eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmadığını vurğulayıb.

“Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”, - C.Bayramov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər