12 May 2022 18:35
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın may ayının 10-da Füzuliyə və Şuşaya səfəri mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri hər zaman xüsusi əhəmiyyət kəsb edir. Bu dəfə də Azərbaycan xalqı işğaldan azad olunmuş ərazilərdə müxtəlif yeniliklərin, yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinin şahidi oldu. Ümumiyyətlə dövlət başçısının mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər etməsi onu deməyə imkan verir ki, bütün bu proseslər Prezidentin birbaşa nəzarəti ilə həyata keçirilir. Bizim ən böyük istəyimiz məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev və Mehriban Əliyevanın may ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şuşa və Füzuliyə növbəti səfəri özlüyündə rəmzi məna daşıyır:

“Bu öncə müasir Azərbaycanın qurucusu, memarı Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dövlət başçısının və Azərbaycan xaqlının dərin hörmət və ehtiramının təzahürüdür. Prezidentin Şuşa və Füzuliyə səfəri özlüyündə ulu öndər Heydər Əliyevin “Mən Ona özüm qədər inanıram” fikrinin bir daha təsdiqini tapması ilə yanaşı, ümummilli liderin arzularının ən yüksək səviyyədə reallaşdığının bariz nümunəsi idi. Artıq ölkə başçısının Qarabağ və Şəri Zəngəzura ardıcıl səfərləri silsilə xarakteri alıb. Dövlət başçısı bir yerdə təməlqoyma mərasimində, başqa bir yerdə açılış mərasimlərində iştirak edir. Bu baxımdan da biz Prezident İlham Əliyevin “Qarabağda cənnət yaradacağıq” vədinin sürətlə gerçəkləşdiyinin şahidi oluruq. Onun rəhbərliyi altında işğaldan azad olunmuş bütün ərazilərdə quruculuq işləri sistemli, ardıcıl və sürətlə həyata keçirilir. 30 il erməni silahlı birləşmələrinin işğalı altında qalan, dağıdılan, yağmalanan, talan edilən, ekoloji terrora məruz qalan torpaqlarımıza bu gün yeni nəfəs gəlir, canlanır, çiçəklənir. Bu dəfə həmin canlanmanı xalqımız Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində və eləcə də “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işlərinin fonunda gördü. Həmçinin Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında da iştirak etdi. Bütün bunlar işğaldan azad olunmuş tarixi torpaqlarımızda həyata keçirilən quruculuq işlərinin masştabının nə qədər geniş və hərtərəfli olduğunu göstərməklə bərabər, bu torpaqlarda daşı-daş üstünə qoyaraq, erməni vandalizmindən əziyyət çəkmiş tarixi ərazilərimizin bərpasının həyata keçirildiyini göstərir”.

Millət vəkili xatırladıb ki, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətində ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib və Azərbaycan xalqının ümumilli liderə olan ehtiramını ifadə edib:

"Dövlət başçısı bildirib ki, Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.

Prezident İlham Əliyevin də dediyi kimi: Azərbaycan xalqı bu torpaqlara əbədi olaraq qayıdıb və əbədiyyətə qədər xalqımız bu torpaqlarda sülh, əmin-amanlıq şəraitində və firavan həyat yaşayacaq”.


Müəllif: Tapdıq Qurbanlı