21 May 2022 13:13
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda qeyd edilən vacib məsələlər çox mühüm əhəmiyyətə malikdir. Burada qeyd edilən məsələlər çox yüksək qiymətləndirilir. Amerika-Azərbaycan münasibətləri xüsusilə indiki dövrdə əhəmiyyətli xarakterə malikdir. Eyni zamanda Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən bir məhz ABŞ-la bağlıdır.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

AŞPA təmsilçimizin sözlərinə görə, Azərbaycan üçün dünyanın aparıcı dövləti olan ABŞ-la yüksək səviyyəli münasibəti təşkil etmək və ən vacibi isə bugünkü reallığı qəbul etdirmək əhəmiyyətli bir məsələdir:

“C. Baydenin təbrik məktubunda elə mesajlar var ki, bu Azərbaycanın xarici siyasətinin qəbul edilməsini, onun dəstəklənməsi məsələsini özündə ehtiva edir. Xüsusilə də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı, sülh istiqamətində atılan addımlar təqdir edilir. Eyni zamanda Azərbaycanın Ukrayna məsələsində münasibətləri və atılan addımlarla bağlı da burada mühüm məqamlar yer alıb. Azərbaycanda demokratiyanın inkişafı və bir çox məsələlərlə bağlı ABŞ prezidentinin vurğuladığı məqamlar xüsusi ilə diqqəti cəlb edir”.

Səməd Seyidov hesab edir ki, bu yanaşmalar ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələni özündə cəmləşdirir və getdikcə bu əlaqələr daha da inkişaf edəcək.


Müəllif: Tapdıq Qurbanlı