24 May 2022 21:42
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ilk görüşünə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Şarl Mişel sosial şəbəkə hesabında yazıb: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin sabitliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram.

Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər