26 May 2022 00:29
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır.

Nazir-müşaviri rütbəsinə malik olan Mark V. Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində çalışır.

O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb. O, müxtəlif illərdə Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir kimi də işləyib.

Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində Böhranların İdarə Edilməsi üzrə Direktor müavini, Mərkəzi Avropa İşləri Ofisində Direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Xarici Xidmət İnstitutunda Orientasiya Direktoru postlarında işləyib.

O, Massaçusetsdəki Tafts Universitetindən bakalavr dərəcəsinə malikdir və həmçinin Parisdəki “Institut des Etudes Politiques” (“Sciences-Po”) da təhsil alıb, həmçinin Milli Hərbi Kollecdə magistr dərəcəsi qazanıb.

Polyak və fransız dillərini mükəmməl bilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər