27 May 2022 22:26
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da start götürən “TEKNOFEST Azərbaycan” festivalı uğurla davam edir. “Texnofest” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selcuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı”-T3 Fondunun təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk “Texnofest” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Onun fikrincə, Türkiyədən kənarda keçirilən ilk “Texnofest” Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlığın növbəti təzahürüdür: “Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımladığının sübutudur. “TEKNOFEST Azərbaycan”ın keçirilməsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsinin reallaşdırılmasına bir töhfədir. Bu baxımdan “Texnofest Azərbaycanın” keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir”.

Millət vəkili hesab edir ki, bu festival gənclərin innovasiyalar və yeni texnologiyalar sahəsində biliklərini artırmaq, bu sahədə özlərini sınamaq, arzularını gerçəkləşdirmək üçün yeni imkanlar yaradır: “TEKNOFEST Azərbaycan”ın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi o deməkdir ki, bu sadəcə festival deyil, bu həm də “Bir millət, iki dövlət” ideyasının bir daha bütün dünyaya nümayiş olunmasıdır”.


Müəllif: Tapdıq Qurbanlı