8 İyun 2022 22:11
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın “türksünüzmü sualı qarşılığında, bəli türkəm” cavabını verməsi siyasi ironiya ilə bağlıdır. Çünki o çox yaxşı dərk edir ki, onun milliyətcə türk olması nəticə etibarı ilə hakimiyyətdən getməsinin katalizatoruna çevrilər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, Paşinyan Ermənistanın gələcəyi, blokadadan çıxması, nicat yolu türk dünyası ilə əlaqələrdən asılıdırsa, türk olmağa hazır olduğunu deyir: “Azərbaycanla münasibətlərin normallaşması, türk olmaq Ermənistanı xilas edəcəksə, baş nazir hazır olduğunu bəyan edib”.

Millət vəkili hesab edir ki, bu məsələyə bir başqa anlam vermək olmur: “Amma etnik, milli baxımdan Paşinyan türkəm desə, bu, onun üçün sonun başlanğıcı ola bilər. Ona görə də, “türksənmi?” sualına ironik cavab verməklə onun altında məhz bu məqamı da gizlətmiş olub. Haradasa, onun yanaşmasının izahını bu cür tapmaq olar”.


Müəllif: Tapdıq Qurbanlı