23 İyun 2022 19:32
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan BMT Baş Assambleyasının 24 iyun tarixini "Diplomatiyada Qadınların Beynəlxalq Günü" elan edən Qətnaməsinin əsas müəllifi olmaqdan qürur duyur.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadın hüquqlarının müdafiəsi ilə bağlı demək olar ki, bütün beynəlxalq sənədləri ratifikasiya edib və qadınlara bərabər siyasi hüquqlar verən ilk İslam ölkəsi olub.


Müəllif: Teleqraf.com