24 İyun 2022 13:15
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında geniştərkibli görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, hazırda nazirlər birgə brifinq keçirirlər.

12:22

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

11:44

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramov S.Lavrovu nazirliyin önündə qarşılayıb. Daha sonra tərəflər arasında görüş başlayıb.

Qeyd edək ki, S.Lavrov iyunun 23-də Azərbaycana səfərə gəlib.


Müəllif: Teleqraf.com